Xocalı faciəsi haqqında həqiqətlərin çatdırılması Azərbaycanın hər biri vətəndaşı kimi, ölkəni xaricdə təmsil edən bütün diplomatlar üçün prioritetdir. Bu barədə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev Trend-ə müsahibəsində deyib.
“Bu məsələ təkcə diplomatik nümayəndəliklər səviyyəsində mühüm və prinsipial deyil, həm də bu məsələ ayrı-ayrılıqda keçirilən görüşlərin daim gündəliyində durur. Şübhəsiz ki, bu gün bu faciənin Meksika və Pakistanın, eləcə də Texas və Nyu-Cersi ştatlarının qanunvericilik orqanları səviyyəsində tanınması çox müsbət haldır. Təbii ki, bu, müsbət məqamdır, lakin hesab edirəm ki, bu istiqamətdə daha aktiv və dinamik işləmək lazımdır “, – Abdullayev bildirib… Trend.