Xocalı canisi Ermənistanın müdafiə naziri postunda qaldı

 Ermənistan prezidenti Serj Sərkisyan Seyran Ohanyanın müdafiə naziri postuna təyin edilməsi haqda sərəncam verib…

 Ermənistan prezidenti Serj Sərkisyan Seyran Ohanyanın müdafiə naziri postuna təyin edilməsi haqda sərəncam verib.

Qarabag.info-nun erməni mənbəyinə istinadən verdiyi xəbərə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, baş nazir Tiqran Sərkisyanın istefası ilə hökumət də istefaya getmişdi.
Seyran Ohanyan 1998-ci ildə Ermənistanda hakimiyyəti ələ keçirmiş “Qarabağ” klanının odioz üzvlərindən və Xocalı hərbi canilərindən biridir. Dağlıq Qarabağ ermənisi olan Ohanyanın adı Xocalı soyqırımı ilə bağlı açılan cinayət işində keçir.
Qarabag.info