Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviç aprelin 20-də Donetsk vilayətinə gedəcək. Modern.az saytının məlumatına görə bu barədə Polşanın Ukraynadakı səfirliyindəki mənbədən federal xəbər agentliyi “Regnum”-a bildiriblər.
Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviç aprelin 20-də Donetsk vilayətinə gedəcək. Modern.az saytının məlumatına görə bu barədə Polşanın Ukraynadakı səfirliyindəki mənbədən federal xəbər agentliyi “Regnum”-a bildiriblər. Mənbənin sözlərinə görə böyük ehtimalla bu bazar günü V. Yanukoviç Ukraynanın rus meylli qüvvələrinin fəallaşdığı Donetsk bölgəsinə gedəcək. Mətbuata sızdırılan informasiyada keçmiş prezidentin Donetskin statusunu müəyyənləşdirməkdən ötrü bölgəyə gedəcəyi söylənilir. “Donetsk ya müstəqil olmalıdır, ya da Rusiyaya birləşməlidir”,-deyə səfirlikdən verilən məlumatda qeyd olunur.
Qeyd edək ki, bir müddət öncə Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski də V. Yanukoviçin 1 mayda Ukraynaya gedəcəyini bəyan etmişdi.
Xatırladaq ki, Donetsk Ukraynanın Rusiya meylli qüvvələrinin aktivləşdiyi regiondur. Donetsklə yanaşı Xarkov, Luqansk, Odessa və digər bölgələrdə də etirazçılar separatçı tələblər irəli sürürlər. Artıq Donetsk və Odessada müstəqil “dövlət” elan olunduğu da bildirilir.
/Modern.az/