Səfər çərçivəsində ikitərəfli görüşlər keçiriləcək…
Səfər çərçivəsində ikitərəfli görüşlər keçiriləcək.
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyəyə səfər edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, nazir aprelin 22-də Türkiyəyə yola düşüb.
Aprelin 25-dək davam edəcək səfər çərçivəsində müdafiə naziri Çanaqqala döyüşünün 99-cu ildönümü münasibətilə keçiriləcək anma mərasiminə qatılacaq.
Səfər çərçivəsində müdafiə naziri Z. Həsənovun Müdafiə Nazirliyi və Türkiyə Silahlı Qüvvələrinin rəhbərliyi ilə ikitərəfli görüşləri də olacaq.