Zakir Həsənov: Ermənistan ilə Azərbaycan arasında münaqişə regional sabitliyə əsas təhlükədir

Fevralın 4-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Sergey Qurulyovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib…

Fevralın 4-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Sergey Qurulyovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müdafiə naziri qonaqları salamlayaraq, iki ölkə arasında hərbi sahədə mövcud olan əməkdaşlıq və qarşılıqlı inamın güclənməsinə xidmət edən fəaliyyətləri qeyd edib, dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələri xüsusi vurğulayıb.

 

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri, Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə əsas təhlükə olduğunu bildirib.

 

Qonaq səmimi qəbul üçün minnətdarlığını bildirib, Azərbaycanla Belarus arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanlarının geniş perspektivlərə malik olmasını diqqətə çatdırıb.

 

Sonra Azərbaycan-Belarus hərbi və hərbi-texniki təhsil sahəsində mövcud əlaqələr və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

/Trend/