Zakir Həsənov fövqalədə toplantı keçirdi

Toplantıda nazir bir neçə hərbi hissə komandirinin fəaliyyətini ciddi tənqid edib və onları cəzalandırıb…

Toplantıda nazir bir neçə hərbi hissə komandirinin fəaliyyətini ciddi tənqid edib və onları cəzalandırıb

 

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində fövqəladə toplantı keçirib. Hərbi mənbələrdən “Azadlıq”a daxil olan məlumata görə, Z.Həsənov bütün birlik, birləşmə, briqada komandirlərini və qərargah rəislərini Bərdə korpusuna toplayıb. Nazirin iştirakı ilə Bərdə korpusunda müşavirə keçirilib. Müşavirədə cəbhə xəttinə baş verən ölüm hadisələri, erməni diversiya qrupunun tez-tez Azərbaycana soxulması ilə bağlı məsələlər təhlil edilir və müzakirələr aparılır. Müşavirədə Z.Həsənov bir neçə hərbi hissə komandirinin fəaliyyətini ciddi tənqid edib və onları cəzalandırıb. Məlumatlara görə, Z.Həsənovun cəbhə bölgələrinə səfəri davam edir.

 

Məsələylə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlıyla əlaqə saxladıq. V.Dərgahlı iş günün sonu olduğu üçün ona sabah zəng etməyimizi bildirdi.

 

Qaynar.info