Ordu rəhbərliyi cəbhə bölgəsinə səfər edib…
Ordu rəhbərliyi cəbhə bölgəsinə səfər edib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, Silahlı Qüvvələrin yeni tədris ilinə hazırlığı yoxlanılır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir.
Yeni tədris ilinə hazırlıq məqsədilə keçirilən kompleks tədbirlər çərçivəsində bütün birlik, birləşmə və hərbi hissələrin döyüş qabiliyyəti, maddi-texniki-tədris bazasının vəziyyəti və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatı, şəxsi heyətin mənəvi-psixoloji durumu, nizam-intizamı və sosial şəraiti yoxlanılır.