Bir çox müraciətlər yerindəcə həllini tapıb…
Bir çox müraciətlər yerindəcə həllini tapıb.
Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, noyabrın 28-də nəqliyyat naziri Ziya Məmmədov Saatlıda vətəndaşları qəbul edib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, nazir qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin Saatlı şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib.
Saatlı şəhərindəki Gənclər Mərkəzində keçirilən qəbulda Beyləqan, İmişli və Saatlı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb.
Görüşdə işə qəbul, yol və körpü tikintisi, kənd yollarının yenidən qurulması, eləcə də nazirliyin fəaliyyət istiqamətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlər dinlənilib.
Qəbulda qaldırılan məsələlərin demək olar ki, əksəriyyəti yerindəcə həll olunub. Digər müraciətlərin həlli məqsədilə nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.
Bundan əlavə, bölgədə yaşayan vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq təşkilatlara çatdırılmaq üçün nəzarətə götürülüb.
/Oxu.az/