Ziyafət Əsgərov: “Dağlıq Qarabağ münaqişəsinin həlli bütün Qafqazda sülh və sabitlik deməkdir”

“Dağlıq Qarabağ münaqişəsi həll olunarsa, bütün Qafqazda sülh və sabitlik olar”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Tiflisdə keçirilən GUAM PA-nın VI yığıncağında iştirak edən Azərbaycan Milli Məclisi sədrinin birinci mavini Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında bildirib…

 

Onun sözlərinə görə, Azərbaycan bütün beynəlxalq tədbirlərdə münaqişələr və onların həlli məsələlərini həmişə gündəmə çıxarıb: “Biz bu məsələni NATO PA, AŞ PA, Avropa Birliyində həmişə qaldırmışıq. Dağlıq Qarabağ məsələsi bizim üçün bir nömrəli məsələdir və sözsüz, həmişə çalışırıq ki, dünya ictimaiyyətinin diqqətinə çatdıraq ki, Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu münaqişənin həlli eyni zamanda bütün Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olunması deməkdir. Ona görə də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan Azərbaycan torpaqları mütləq azad edilməlidir”. /Apa/