Ədliyyə nazirliyinin işçiləri təltif edildilər – SİYAHI

Medallar, ordenlər, fəxri adlar və ali xüsusi rütbələr verilib…

Medallar, ordenlər, fəxri adlar və ali xüsusi rütbələr verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Oxu.Az-ın AzətTAc-a istinadən məlumatına görə, sərəncamda deyilir: 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiklərinə, ədliyyə sistemində elm, səhiyyə sahələrinin inkişaf etdirilməsində fəal iştirak etdiklərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə:

Quliyev Mədət Qəzənfər oğlu

“Tərəqqi” medalı ilə:

Məmmədova Zemfira Bəylər qızı

Tahirli Rasim Bəkir oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə:

Əhmədova Ülviyyə Mahmud qızı

Əliyev Niyaməddin Cabbar oğlu

Hacıyev Rəşad Yavər oğlu

Həsənov Fərhad Fərrux oğlu

Hüseynov Nizami Əli oğlu

Xəlilov Qədir Rövşən oğlu

Salmanova Səbinə Qədir qızı.

Prezidenti İlham Əliyevin digər sərəncamı isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına fəxri adların verilməsi haqqındadıdır:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ədliyyə orqanlarında səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar hüquqşünas”

Musayev Toğrul Sirac oğlu

“Əməkdar həkim”

Hüseynov Füzuli Fazil oğlu.

Dövlət başçısı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında da sərəncam imzalayıb: 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin:

Əliyev Adil Şirməmməd oğlu – Qanunvericilik baş idarəsinin rəisi

Qasımov Elçin Lütvəli oğlu – Təşkilat-nəzarət baş idarəsinin rəisi. 

www.oxu.az