Əhalinin gəlirləri artıb – STATİSTİKA

Əhalinin sərəncamında əvvəlki ildəkindən 6 faiz çox vəsait qalıb…

Əhalinin sərəncamında əvvəlki ildəkindən 6 faiz çox vəsait qalıb.

Bu ilin yanvar-oktyabr aylarında əhalinin hər nəfərinə düşən gəlirlər keçən ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artaraq 3229,5 manat və ya orta hesabla ayda 322,9 manat təşkil edib. 

Oxu.Az Dövlət Statistika Komitəsinin saytına istinadən xəbər verir ki, bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 30,4 milyard manatlıq gəlirin 70 faizi son istehlak xərclərinə, 9,1 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 18,2 faizi isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 27,6 milyard manat həcmində və ya əvvəlki ildəkindən 6 faiz çox vəsait qalıb.

www.oxu.az