Əhmədinejad: Bayrağımızı Ağ evə sancmadan sakitləşməyəcəm

“Bu qüvvədən yaxşı şəkildə istifadə etmək lazımdır”…

“Bu qüvvədən yaxşı şəkildə istifadə etmək lazımdır”.

İslam İnqilabının dəyərləri nəsildən-nəslə keçməli və sona qədər mübarizə aparılmalıdır.

Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, İran mətbuatının verdiyi məlumata görə, bunu ölkənin sabiq prezidenti Mahmud Əhmədinejad bəyan edib. O, səkkiz illik İran-İraq müharibəsinin getdiyi Abadan bölgəsinə səfəri zamanı ölkənin inqilab yolunda verdiyi qurbanlar və İslam dəyərləri üçün fəda olan könüllülər barədə danışıb:

“İran xalqı dini və inqilabi dəyərlərini qorumaqda qərarlı və israrlı olduğuna görə fəxr etməlidir. Bizim əvəzolunmaz insan qüvvəmiz var. Bu qüvvədən yaxşı şəkildə istifadə etmək lazımdır. Mən şəhidlərin bayrağını Ağ evin binasına sancmadan, bayrağımız orada dalğalanmadan sakitləşməyəcəm”.

Bildirək ki, sabiq dövlət başçısı hazırda ölkənin “Məsləhət Şurası”nın üzvü və Tehrandakı Elm və Sənaye Universitetində müəllimdir. Qeyd edək ki, M.Əhmədinejad səkkiz illik prezidentliyi dövründə Qərbə qarşı sərt bəyanatları ilə tanınıb. İranın yeni prezidenti Həsən Ruhani isə sabiq ölkə başçısının sərt və düşünülməmiş bəyanatlarının fəsadlarını aradan qaldırmağa məcbur olduğunu bildirib.

www.oxu.az