Ərdoğan: Amerikanı müsəlmanlar kəşf ediblər

“Kolumbdan xeyli əvvvəl bu qitədə islam dini olub”…

“Kolumbdan xeyli əvvvəl bu qitədə islam dini olub”.

Amerikanı Kolumb yox, müsəlmanlar kəşf ediblər. 

Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. 

Onun sözlərinə görə, Kolumbdan 314 il əvvəl, hələ 1178-ci ildə bu qitəni müsəlman dənizçilər kəşf ediblər. 

“Xristofor Kolumbun xatirələrində deyilir ki, Kuba sahilərində məscid var idi. Dağın başında, və bu gün də məscid tikmək olar. Kolumbun kəşfindən xeyli əvvəl Amerika qitəsində islam dini inkişaf edib”,  – deyə, o bildirib. 

www.oxu.az