Türkiyənin indiki baş naziri bütün imkanlarından istifadə edəcəyini bildirir…
Türkiyənin indiki baş naziri bütün imkanlarından istifadə edəcəyini bildirir.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan prezident seçkisində namizəd olacağı barədə ilk işarəni verdi.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyası (AKP) ölkədə keçiriləcək prezident seçkisi barədə ilk iclasını keçirib.
Baş nazir və AKP-nin sədri Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi iclasda millət vəkillərinə prezidentliyə namizədlərini yazmaları üçün sorğu anketi paylanıb. İştirakçıların əksəriyyəti baş nazir Ərdoğanın namizədliyini irəli sürüblər.
Bundan sonra iclasda çıxış edən Ərdoğan köşkə (Çankaya) gedəcəyi təqdirdə xalqın prezidenti olacağını, bunun üçün bütün konstitusion hüquqlarından istifadə edəcəyini deyib.
İclas barədə açıqlama verən AKP sədrinin müavini Hüseyn Çelik prezident seçkisinin müzakirə olunduğunu, partiyanın təşkil olunacaq düşərgəsində son qərarın veriləcəyini deyib