Türkiyə mediası məhz baş nazir Ərdoğanın Bakıda prezident İlham Əliyevlə görüşündən sonra Azərbaycanda “nurçu”ların həbsinə start verildiyinə dair məlumat yayıb..
Türkiyə mediası məhz baş nazir Ərdoğanın Bakıda prezident İlham Əliyevlə görüşündən sonra Azərbaycanda “nurçu”ların həbsinə start verildiyinə dair məlumat yayıb
“Qafqazinfo” xəbər verir ki, “haber.rotahaber” saytı “Ərdoğanın siyahısı ilə Azərbaycanda həbslər başladı” başlığı ilə yazı təqdim edib. Yazıda bildirilir ki, baş nazirin Əliyevə təqdim etdiyi siyahıdan sonra bu ölkədə polislər nurçulara qarşı əməliyyatlara başlayıblar. Məlumatda xatırladılır ki, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 12-də Eldəniz Hacıyevin evində “Nurçuluq” dini təriqətinin “sunqurçular” cərəyanı adı altında 41 nəfərin (onlardan 2-si azyaşlı) iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilib və həmin şəxslər saxlanılıb.
Bundan başqa, Göyçayda nurçulara qarşı həyata keçirilən əməliyyat barədə yazılıb və Azərbaycanda “Fırıncı abi” ləqəbi ilə tanınan Gülec Mehmet Nuri və saxlanılan digər Türkiyə vətəndaşları – Koçoğlu Himmet Uyar Qadir, Uyar Mustafa Kemal, Karagözoğlu Nureddin, Ömer Güzəddəmirçinin adı çəkilib. Daha sonra yerli media qeyd edir ki, saxlanılan Mustafa Sunqur Ağabəy camaatına aid olan şəxslərin böyük əksəriyyəti böyük ehtimalla yenə də Türkiyədən nur “xidmətlərini” həyata keçirmək üçün Azərbaycana gedən nurçulardır.
/Trend/