Əhməd Davudoğlu: Hökumət ölkədə sabitliyin qorunub saxlanması üçün mümkün olan hər şeyi edir

Əgər Türkiyədə sabitliyi qoruyub saxlamaq mümkün olmasaydı, onda ölkədə vəziyyət Suriyadakından daha da pis olardı…

Əgər Türkiyədə sabitliyi qoruyub saxlamaq mümkün olmasaydı, onda ölkədə vəziyyət Suriyadakından daha da pis olardı. Bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu bəyan edib. Trend xəbər verir ki, bu barədə bazar ertəsi “Kanal7” telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, hökumət ölkədə sabitliyin qorunub saxlanması üçün mümkün olan hər şeyi edir.

Daha əvvəl verilən məlumata görə, başda S.Dəmirtaş olmaqla HDP kürd əhalini Ankaranın Suriyanın Kobani şəhərindəki hadisələrə müdaxilə etməmə siyasətinə qarşı çıxmağa çağırmışdı. Kobanidə kürdlər və “İslam Dövləti ” silahlıları arasında döyüşlər gedir.

 

/Trend/