Ərdoğan BMT-də Dağlıq Qarabağ məsələsini qaldırdı

O vurğulayıb ki, Türkiyə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

 

O vurğulayıb ki, Türkiyə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş Assambleyasının 69-cu sessiyasında çıxış edərkən diqqəti Dağlıq Qarabağ münaqişəsinə yönəldib.

Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, bu barədə dördüncü gün “Anadolu” türk agentliyi bildirib.

Onun sözlərinə görə, Türkiyə daima Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasının tərəfdarı olub.

O vurğulayıb ki, Türkiyə həm Azərbaycanın, həm də böhran vəziyyətində olan ölkələrin, o cümlədən də Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.

Ərdoğan qeyd edib ki, beynəlxalq təşkilatların, eləcə də BMT-nin ədalətinə olan inamı itirmiş insanlar, onu terroristlərin sırasında axtarır.

www.oxu.az