Ərdoğan: Bu bağışlanılmazdır

“1967-ci ildən bəri İsrail bu cür hadisələrə yol verməmişdi”…

“1967-ci ildən bəri İsrail bu cür hadisələrə yol verməmişdi”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Məscidül-Əqsanı döyüş meydanına çevirməsinə kəskin münasibət bildirib.

Oxu.Az Axar.az-a istinadən xəbər verir ki, Türkmənistan səfəri öncəsi açıqlama verən Ərdoğan məsələ ilə bağlı BMT ilə danışıqlar aparacaqlarını bildirib.

Ərdoğan İsrailin barbarlığa yol verdiyini qeyd edib:

“1967-ci ildən bəri İsrail bu cür hadisələrə yol verməmişdi. Bu cəhdi bağışlanılmazdır. Bu hücum dünya müsəlmanlarının hamısını maraqlandırır. Beynəlxalq sahədə lazım olan addımları atırıq. Bizim bu olaylar qarşısında səssiz qalmağımız mümkün deyil. İsrail bu hərəkətləri ilə dünyada tək qalacaq”.

www.oxu.az