“Biz bütün arxivlərimizi açırıq. Varsa Ermənistan da açsın”…
“Biz bütün arxivlərimizi açırıq. Varsa Ermənistan da açsın”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Roma Papası Fransiski 1915-ci il hadisələri ilə əlaqədar yanlış bəyanatları təkrarlamağa çağırıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Ərdoğan papanın 1915-ci il hadisələrini “erməni soyqırımı” hesab etməsi barədə bəyanatı kobud səhv adlandırıb.
“Papa bir müddət əvvəl Ankarada olmuşdu. Həmin vaxt mən başqa siyasətçi görmüşdüm. Qafqazda çərkəzlərin, Krımda tatarların yaşadığı faciələrə ürəyimiz yandığı kimi, ermənilərin məruz qaldığı sıxıntıları bilirik və buna üzülürük.
1915-ci il hadisələrini araşdırmaq tarixçilərin işidir, qoyun onlar da araşdırsınlar. Biz bütün arxivlərimizi açırıq. Varsa Ermənistan da açsın, sənədləri ortaya qoysun. Biz Silahlı Qüvvələrimizin də arxivlərini açmağa hazırıq. Amma bütün bunları etməyəcəksiniz və siyasi lobbilərə, erməni diasporunun çirkin oyunları ilə Türkiyə əleyhinə nəticə almağa çalışacaqsınız. Papaya da xəbərdarlıq edirəm ki, o, bir daha yanlış bəyanatlar verməsin”, – deyə, Ərdoğan bildirib.