“Xocalıya Ədalət” kampaniyası çərçivəsində Braziliyanın ali təhsil müəssisələrində silsilə tədbirlər keçirilib

Braziliyanın Parana Ştatının Kuritiba şəhərindəki Kuritiba Universitetində və Parana Ali Təhsil Universitetində “Xocalıya Ədalət” kampaniyası çərçivəsində silsilə tədbirlər keçirilib…

Braziliyanın Parana Ştatının Kuritiba şəhərindəki Kuritiba Universitetində və Parana Ali Təhsil Universitetində “Xocalıya Ədalət” kampaniyası çərçivəsində silsilə tədbirlər keçirilib.

Xocalıya Ədalət” kampaniyasının yerli əlaqələndiricisi Joao Xavier Zimmerin təşəbbüsü ilə təşkil olunan tədbirlərdə adıçəkilən universitetlərin 400-ə yaxın müəllim və tələbə heyəti iştirak edib.

J.Zimmer Xocalı faciəsi haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermiş, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində müxtəlif ölkələrdə görülən işlərdən bəhs edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan J.Zimmer Azərbaycanın hələ də erməni işğalından əziyyət çəkdiyini qeyd edib, bir milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətində yaşadığını diqqətə çatdırıb.

Tədbirin sonunda Xocalı faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib və “Xocalıya Ədalət” loqotipli materiallar paylanılıb.

/Sia/