Donetskdə “xalq respublikası “nın yaradıldığı bəyan edilib

Donetsk Vilayət Şurasında toplaşmış bir qrup şəxs “Donetsk xalq respublikası “nın yaradıldığını bəyan ediblər…

Donetsk Vilayət Şurasında toplaşmış bir qrup şəxs “Donetsk xalq respublikası “nın yaradıldığını bəyan ediblər. Trend-in məlumatına görə, bu barədə “Ukrinform ” qeyri-legitim toplantıda iştirak edən mənbəyə istinadən bildirib.

Mənbə deyib ki, Donetsk Vilayət Şurasının sessiya zalında indicə “Donetsk xalq respublikası “nın yaradıldığı elan edilib.

Xəbər verildiyi kimi, Vilayət Şurasının deputatları sessiyada iştirak etməyiblər.

İclası “Donetsk vilayəti xalq şurası “nın “nümayəndələri ” aparıblar.

Xatırladaq ki, Ukraynada fevralın 22-də hakimiyyət dəyişikliyi baş verib.

 

/Trend/