Google Krımı Rusiyanın tərkibində göstərdi

Krım və Sevastopol Rusiyanın Ali palatasının xəritələrində də Rusiya ərazisi kimi göstərilib…

Krım və Sevastopol Rusiyanın Ali palatasının xəritələrində də Rusiya ərazisi kimi göstərilib.

Axtarış resursu Google maps.google.ru xəritəsini yeniləyib, indi Krım respublikası Rusiya Federasiyasının ərazisi kimi göstərilir.

Bununla yanaşı maps.google.ru və maps.google.com xəritələrində Krım və Ukrayna arasında sərhəd yaradılaraq, Rusiya və Krım arasında olan sərhəd silinib.

Qeyd edək ki, sərhədlər maps.google.ru xəritəsində adi, maps.google.com xəritəsində isə kontur xətlərlə göstərilib.

Xatırladaq ki, Krım mart ayının 24-də Kreml saytında Rusiyanın ərazisi kimi göstərilib. Krım və Sevastopol Rusiyanın Ali palatasının xəritələrində də Rusiya ərazisi kimi göstərilib.

Aprelin 3-də “Yandeks” şirkəti xəritələrinin beynəlxalq versiyalarında Krımı Rusiya Federasiyasının ərazisi kimi göstərib.

 

/oxu.az/