NATO Rusiya sərhədlərində hərbi təlimlərə başlayır

Təlimlər iyunun 20-nə qədər davam edəcək…

Təlimlər iyunun 20-nə qədər davam edəcək.

Bu gün Litvada, Latviyada, Estoniya və Polşada beynəlxalq Saber Strike-2014 təlimləri başlayır.

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, təlimlərdə 9 ölkədən 2 min hərbçi iştirak edəcək.

Manevrlər NATO-nun Avropada yerləşən quru qoşunları tərəfindən təşkil edilib. Bu təlimlərdə Kanada, Danimarka, Finlandiya, ABŞ, Böyük Britaniya hərbçiləri iştirak edib. Təlimlər iyun ayının 20-nə qədər davam edəcək. 

Saber Strike-2014 ilə paralel olaraq Baltika dənizində Danimarka və İsveçrə ərazi sularında iyunun 6-dan başlanan Baltops-2014 illik dəniz təlimləri keçirilir. Bu təlimlərdə Böyük Britaniya, Almaniya, Gürcüstan, Danimarka, Latviya, Litva, Niderlandiya, Polşa, ABŞ, Finlandiya, Fransa, İsveç və Estoniya iştirak edir. Dəniz manevrləri 21 iyunda başa çatacaq.

www.oxu.az