Rus mafiya lideri Ermənistan pasportu ilə tutuldu

“Görəsən, dünyada hələ nə qədər Ermənistan pasportu daşıyan cinayətkar var?”…

“Görəsən, dünyada hələ nə qədər Ermənistan pasportu daşıyan cinayətkar var?”.

Moskvada fəaliyyət göstərən Şolkovsk cinayətkar qruplaşmasının lideri Aleksandr Matusov (“Basmaç”) Tailandda həbs olunarkən üzərindən Ermənistan pasportu çıxması ciddi müzakirələrə səbəb olub. 

Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, əsas evləri varlı ruslara məxsus olan Banq-Sara qəsəbəsində yol hərəkət qaydalarını pozmuş “Basmaç”ın üzərində sənədlər olmayıb. Onu polis bölməsində araşdırmağa məcbur olublar.

Məlum olub ki, o, İnterpol xətti ilə beynəlxalq axtarışa verilib. Həmçinin o, Rusiyada federal axtarışda olub. 

Mənzilində aparılan axtarış zamanı Aleksandr Matusova məxsus vaxtı keçmiş Rusiya pasportunun surəti və Aleksandr Matusovun şəkli yapışdırılmış, amma başqa ad qeyd edilmiş Ermənistan pasportu tapılıb. 

Bu, erməni mətbuatında ciddi tənqidlərə səbəb olub.

“Rusiya mafiya liderinə erməni pasportunu kim verib – bilinmir. Amma daha bir sual doğur: görəsən, dünyada hələ nə qədər Ermənistan pasportu daşıyan cinayətkar var?” – deyə erməni mətbuatı vurğulayır

www.oxu.az