Rada və Avropa Parlamenti Ukraynanın Aİ ilə assosiasiya barədə razılaşmasını ratifikasiya edib

“Bu gün biz Avropa gələcəyinin lehinə seçim edirik”…

“Bu gün biz Avropa gələcəyinin lehinə seçim edirik”.

Ali Rada 355 səslə Ukrayna və Aİ arasında assosiasiya barədə razılaşmanın ratifikasiyasına dair qanun layihəsini qəbul edib.

Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir ki, ratifikasiya haqqında qanunun mətnini deputatlara Ukraynanın Xarici işlər naziri Pavel Klimkin təqdim edib.

 Ali Radanın iclas zalında Ukrayna prezidenti Petr Poroşenko və hökumət üzvləri olub.

“Bu gün biz Avropa gələcəyinin lehinə seçim edirik, bu seçim əzmli və qərarlıdır”, – Ukrayna parlamentinin spikeri Aleksandr Turçinov bəyan edib.

Razılaşmanın Ukrayna parlamentində ratifikasiyası və bu sənəd Avropa Parlamentində sinxron şəkildə nəzərdən keçirilib və müvafiq bəyanat parlamentarilərin səs çoxluğu ilə Strasburqda plenar sessiyada qəbul edilib.

www.oxu.az