Gürcüstan Krımda keçirilən seçkiləri tanımır

“Gürcüstan bir daha Ukraynanın müstəqilliyinə və ərazi bütövlüyünə dəstəyini ifadə etdi”…

“Gürcüstan bir daha Ukraynanın müstəqilliyinə və ərazi bütövlüyünə dəstəyini ifadə etdi”.

Gürcüstan hökuməti Krım muxtar respublikasının zəbt edilməsini pisləyir və bu mövqedən çıxış edərək Krım və Sevastopolda keçirilən “Ukrayna qanunvericiliyini və beynəlxalq hüquq normalarını pozan yerli seçkiləri” tanımır.

“Gürcüstan bir daha Ukraynanın müstəqilliyinə və tanınmış ərazi bütövlüyünə dəstəyini ifadə etdi”, – Gürcüstanın Xarici işlər Nazirliyinin bəyanatında bildirilib.

Keçən bazar Krımda parlamentə deputat seçkiləri keçirilib. Ukrayna hakimiyyəti bu seçkiləri qeyri-qanuni adlandırıb.

www.oxu.az