Xəzərdə yeni quyu istismara verilib

Quyudan sutkada 6 ton neft hasil ediləcək…

Quyudan sutkada 6 ton neft hasil ediləcək.

“Darvin bankası” yatağındakı 670 nömrəli meydançadan 675 nömrəli quyu qazmadan sonra istismara verilib.

Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Lay Dəstəsinə qazılan quyu 1485-1469 metr intervaldan sutkalıq 6 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu “Abşeronneft” NQÇİ-nin sifarişi ilə qazılıb.

www.oxu.az