SOCAR yeni quyu qazır

Sutkalıq 80 min kubmetr qaz vurulacağı nəzərdə tutulur…

Sutkalıq 80 min kubmetr qaz vurulacağı nəzərdə tutulur.

“Qaradağ” yatağındakı 482 nömrəli qazvurma quyusunda qazma işlərinə başlanılıb.

Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, Qaz Anbarları İstismarı İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Məhsuldar Qatın VIIA horizontuna qazılan quyunun layihə dərinliyi 3350 metrdir.

482 nömrəli quyuya sutkalıq 80 000 kubmetr qaz vurulacağı nəzərdə tutulur.

www.oxu.az