Rusiya nəyə hazırlaşır?

2015-ci il üçün ordu və donanma müasir silahla təchiz ediləcək…

2015-ci il üçün ordu və donanma müasir silahla təchiz ediləcək.

2020-ci ildə Rusiyada strateji nüvə sursatı 70 faiz deyil, 100 faiz yenilənəcək.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın vitse baş naziri  Dmitri Roqozin bəyan edib.

Onun sözlərinə görə, strateji nüvə qüvvələrinin texniki əsaslarının formalaşması “sürətli templərlə” gedir. O, həmçini bildirib ki, 2015-ci ildə ordu və donanma müasir silahla 30 faiz, 2020-ci il üçün isə 70 faiz təchiz ediləcək.

Bundan başqa Roqozin Rusiyada “təhlükəli hərbi hərəkat olan istənilən sahəyə” yerləşdirmək imkanına malik, yığcam ordunun yaradılmasının mühümlüyünü də vurğulayıb.

“Kolleqalarımızı təəccübləndirmək və bütün növ silahları nümayiş etdirmək lazımdırmı? Nəyi isə sirr saxlamaq və yalnız ən kritik anda təəccübləndirmək lazımdır”, – vitse baş nazir bildirib.

2008-ci ildə Rusiyada Silahlı qüvvələr islahatları başlanılıb, 2011-ci ildə Rusiyanın silah dəyişməsi proqramı başlanıb. 2020-ci ilə qədər 20 trilyon rubl sərf etmək planlaşdırılıb. Öncədən planlaşdırılmıdşı ki, bu zaman ərzində orduda müasir texnikanın həcmi 70 faizə çatacaq. Bundan başqa Rusiyada Müdafiə sənayesi kompleksləri müəssisələrinin təchizatı proqramı da realizə edilir. 2020-ci ilə qədər bu məqsədlə üç trilyon rubl sərf etmək nəzərdə tutulub.

www.oxu.az