Jirinovski Rusiyada çar seçməyi təklif edir

Siyasətçi həmçinin “bütün mövqelər üzrə ən sərt kursu” təklif edir…

Siyasətçi həmçinin “bütün mövqelər üzrə ən sərt kursu” təklif edir.

Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovskibəyan edib ki, Rusiyanın uğurlu inkişafı üçün siyasi rejim dəyişməlidir.

Bu barədə Partiyanın mətbuat xidməti bildirib, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.

“Mən demirəm: Romanovlar evinin vəliəhdini axtaraq. 10 il müddətinə imperator, çar seçə bilərik. Hər 10 ildən bir dəyişə bilərik. Demokratiya variantı olacaq, amma bütün hakimiyyət onda olmalıdır”, – Vladimir Jirinovski bildirib.

Siyasətçi həmçinin Rusiyanın “bütün mövqelər üzrə ən sərt kursu” və Rusiyada “antioliqarx inqilabına” dair kurs elan etməyi təklif edib.

www.oxu.az