SOCAR yeni quyunu istismara verib

Sutkalıq 120 000 kubmetr qaz hasil ediləcək…

Sutkalıq 120 000 kubmetr qaz hasil ediləcək.

Bu günlərdə “Günəşli” yatağındakı 13-cü özüldən 245 nömrəli quyu geoloji tədbirdən sonra istismara verilib.

Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, quyu 2590-2531 metr intervaldan, məhsuldar qatın VIII horizontundan sutkalıq 120 000 kubmetr qaz və təxminən 6 ton kondensat hasilatı ilə istismar fonduna daxil edilib.

Qeyd edək ki, yataqda hasilat işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir.

www.oxu.az