ABŞ-da “Erməni qüvvəsi”nin məhkəməsi başa çatıb

Qruplaşmada 250-yə yaxın bərabərhüquqlu üzv olub…

Qruplaşmada 250-yə yaxın bərabərhüquqlu üzv olub.

Los-Ancelesdə “Erməni qüvvəsi” qruplaşmasına qarşı 2011-ci ildə qaldırılan və ümumilikdə 90 müttəhimi əhatə edən  iş üzrə son fiqurantlardan birinə hökm oxunub.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, yerli Federal prokurorluğun məlumatına görə, onlardan hal-hazırda yalnız iki və ya üç nəfər ittiham edilib.

250-yə yaxın bərabərhüquqlu üzvü olan “Erməni qüvvəsi” Los-Ancelesdə 1980-ci ildə yaradılıb.

Bu qəbildən olan təşkilatların çoxu kimi bu təşkilatda daha öncə yadlardan və rəqiblərdən müdafiə üçün yaradılıb, sonra isə qətllərdən tutmuş fırıldaqçılıq və bank soyğunçuluğu ilə məşğul olan cinayətkar qrupa çevrilib.

Aprel ayında qruplaşmanın 36 yaşlı üzvü “Kon” ləqəbli Aram Şaropetrosyan cinayətkar əlbirliyində və fırıldaqçılıqda günahkar bilinib və indi Los-Anceles məhkəməsi onu 16 il müddətinə azadlıqdan məhrum edib.

Bu təxminən prokurorluğun istədiyindən üç il az, amma cəmi iki il yarım müddətinə azadlıqdan məhrum etmə tələb edən müdafinənin istəyindən çoxdur.

Erməninin vəkili Çarlz Pereyra-Suares iddia edirdi ki, onun müdafiəsi altında olan şəxsin artıq 25 illik məhrum etmə cəzasını artıq çəkir, eyni cinayətdən söhbət getdiyi üçün prokurorluq sadəcə Şaropetrosyanın cəza müddətini artırmaq istəyir.

2012-ci ilin noyabr ayında Şaropetrosyan nəhəng fırıldaqçılıq əməliyyatına görə 25 il azadlıqdan məhrum olunma cəzası alır, o bu əməliyyatı afro-amerikan bandası ilə həbsdə olarkən həyata keçirib. O zaman Şaropetrosyan qanunsuz silah saxlaması və içində adam olan avtomobillərə atəş açdığına görə 10 illik həbs cəzası çəkirdi.

Erməni və onun qaradərili partnyoru, sonra isə əlbir olduqları Anqus Braun eyni kamerada qalırdılar, həbsxanaya gizli gətirilmiş mobil telefonlar vasitəsilə azadlıqda olan cinayətkarlar ilə əlaqə saxlayırdılar.

Onlar bank işçilərini rüşvətlə ələ alaraq, müştərilərin rekvizit və şəxsi məlumatlarını öyrənirdilər. Əsasən bu bir neçə hesabı olan və onlara nəzarət etməkdə çətinlik çəkən yaşlı müştərilər idi.

Prokurorluq qeyd edib ki, qurbanlara ümumilikdə 8 milyon dollar ziyan dəyib.

Hal-hazırda Şaropetrosyana analoji fırıldaq ittihamı irəli sürülüb, o bu ittihama görə həbsxanadan telefon vasitəsilə həyata keçirirdi və məhz qurban kimi yaşlı şəxsləri seçirdi.

Amma əsas ittiham, bu dəfə məhkəmə sənədlərində M.M. inisiaları ilə şifrələnən zərərçəkəndən fırıldaq yolu ilə pul almaqdır.

Prokurorluq, onun Şaropetrosyanın qohumuna 100 min dollar borclu olduğunu təkzib etmir. Amma amerika qanunu hətta qanuni pulalrın belə müttəhimin seçdiyi yol ilə qaytarılmasını təqdir etmir.

Prokurorluğun sözlərinə görə əlbirlərin arasında “Erməni qüvvəsi”nin başçılarından biri Şaropetrosyan, Emil Ayrapetyan və Lusina Oqancanyan ilə bərabər ittiham edilən, Kapone ləqəbli Mqer Darbinyan olub.  

İttiham edən tərəf məhkəməyə Şaropetrosyanın M.M. ilə söhbətlərinin yazısını təqdim edib. Bu danışıqlarda o, M.M. özünü, atasını və uşağını oğurlamaq, döymək və olümlə hədələyib.

Məhkəmədə Ayrapetyanın tapanca ilə hədələyərək M.M.-i “Porşe Kayen”ə oturmağa məcbur etməsi, Şaropetrosyanın isə ona həbsxanadan mobil telefonla zəng edərək hədələməsi səhnəsi əsas götürülüb.

Vəkil əsasən zərərçəkənin əl-qolunun bağlanmaması və avtomobildə qapalı qalmamasını vurğulayıb.

M.M. avtomobil hadisəsindən sonra FKB-na müraciət edib, bundan sonra gələn zənglər artıq yazılırdı.

Zərərçəkəndən borcun alınması cəhdləri altı aya yaxın müddət davam edib, amma yalnız 20 min dollar xeyir gətirib.

Darbinyan məhkəmə qərarını oktyabrın 7-də eşidəcək.

www.oxu.az