Təhsil Nazirliyi: “Müəllimlər günü”ndə pul yığanlar cəzalanacaq

“Həmin müəllim və ya məktəb direktoru dərhal vəzifəsindən azad olunacaq”…

“Həmin müəllim və ya məktəb direktoru dərhal vəzifəsindən azad olunacaq”.

Təhsil Nazirliyi “Müəllimlər günü”ndə neqativ halların qarşısını almaq üçün məlumat yayıb.

Oxu.Az xəbər verir ki, Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov“Müəllimlər günü” ilə bağlı pul yığan məktəblərə xəbərdarlıq edib.

Cəsarət Valehov özünün Facebook hesabında bildirib ki, bu günlərdə “Müəllimlər günü” ilə bağlı müxtəlif məktəblərdə pul yığılmasına dair məlumatlar dolaşır: “Təhsil Nazirliyinin mövqeyi belədir ki, bununla bağlı anonim olmadan bizim 146 saylı qaynar xəttimizə məlumat verilərsə və fakt araşdırma zamanı təsdiqini taparsa, həmin müəllim və ya məktəb direktoru dərhal vəzifəsindən azad olunacaq. Biz adı ilə müraciət etməyi öyrənməliyik”.

www.oxu.az