HHQ-nın təlimləri başa çatdı

Qardaş ölkədən gələn 100-ə yaxın yüksək rütbəli hərbçi geri qayıdır…

Qardaş ölkədən gələn 100-ə yaxın yüksək rütbəli hərbçi geri qayıdır.

Türkiyə Hərbi Hava Qüvvələri ilə Azərbaycan şahinlərinin birgə hərbi təlimləri sona çatdı. 

Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, təlimlərdə iştirak etmək üçün qardaş ölkədən gələn 100-ə yaxın yüksək rütbəli hərbçi bu saatlarda geri qayıdır. 

Bir aya yaxındır ki, davam edən təlimlərin ötən gün həlledici mərhələsi olub. Azərbaycan və Türk pilotları “MİG-29”, “SU-25” və “F-16”larda döyüş zolağında bomba-raket və top atışları etdi. Bundan əvvəl isə Azərbaycan şahinləri ilk dəfə “F-16” qırıcısında səmaya qalxıblar. Təlim müddətində Azərbaycan və Türkiyə şahinləri birgə aviaşou nümayiş etdiriblər. 

Bu təlimin davam etdirilməsinə qərar verilib. Belə ki, Hərbi Hava Qüvvələrinin növbəti görüşü mart ayında Türkiyədə planlaşdırılır.

 

/Oxu.az/