“Bakıelektrikşəbəkə”dən mobil telefon istifadəçiləri üçün yeni xidmət

“BesMobile” proqramını “PlayStore”dan ödənişsiz yükləmək mümkündür…

“BesMobile” proqramını “PlayStore”dan ödənişsiz yükləmək mümkündür.

“Bakıelektrikşəbəkə” ASC abonentlərə yüksək səviyyəli xidmət göstərmək məqsədilə yeni layihəyə start verib.

Oxu.Az-ın ASC-yə istinadən verdiyi məlumata görə, bu layihə smart və android tipli mobil istifadəçilərinin marağına səbəb olub. Belə ki, bu proqramı mobil telefona yükləməklə borcunuz, faktura ödəmələriniz barədə məlumat ala, həmçinin elektron müraciətdən yararlana bilərsiniz.

Qeyd edək ki, proqram 3 dildə – Azərbaycan, rus və ingilis dillərində istifadəyə verilib. “BesMobile” proqramını “PlayStore”dan ödənişsiz yükləmək mümkündür.

www.oxu.az