“Faciəvi insident baş verib”…
“Faciəvi insident baş verib”.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndəsi, İsveçrə vətəndaşı Ukraynanın Donetsk şəhərinin mərkəzinin atəşə tutulması zamanı həlak olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə qondarma “Donetsk Xalq Respublikasının” nümayəndəsi bildirib.
Hadisə yerində olan xilasedicilərdən biri “Frans Press”ə bu məlumatı təsdiqləyib.
Hadisədən sonra BQXK-nın “Tvitter” səhifəsində belə bir yazı dərc olunub:
“Bizim Ukraynanın Donetsk şəhərindəki ofisimizdə faciəvi insident baş verib. Biz faktları araşdırırıq”.
Bundan əvvəl, Aİ Donetskin mərkəzində yenidən başlayan atışma ilə bağlı narahatçılığını bildirib.