Avropa MMA Assosiasiyasının vitse-prezidenti vəzifəsinə azərbaycanlı seçilib…
Avropa MMA Assosiasiyasının vitse-prezidenti vəzifəsinə azərbaycanlı seçilib.
Avropa MMA Assosiasiyasına yeni rəhbər seçilib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, təşkilatın konqresində hollandiyalı Aleks Engelhard qurumun prezidenti seçilib.
Azərbaycan MMA Liqasının fəxri prezidenti Rövşən Həsənov isə Assosiasiyanın vitse-prezidenti seçilib. Azərbaycanın idman tarixində ilk dəfə olaraq həmyerlimizə MMA-da qitə miqyaslı yüksək vəzifə etibar edilib.
Konqresdə çıxış edən Rövşən Həsənov göstərilən etimada görə təşəkkürünü bildirib. O, Avropada idmanın bu növünün inkişafı üçün səylə çalışacağını söyləyib.