Putin Moldovaya xəbərdarlıq etdi

Moldovanın Avropa Birliyi ilə sazişi bu ölkənin Rusiya ilə iqtisadi əlaqələrinə təsir edəcək…

Moldovanın Avropa Birliyi ilə sazişi bu ölkənin Rusiya ilə iqtisadi əlaqələrinə təsir edəcək.

Minskdə MDB sammitində Rusiya prezidenti Vladimir Putin Moldovaya xəbərdarlıq edib.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, buna səbəb Avropa Birliyi ilə Assosiasiya sazişi ilə bağlı Moskva ilə məsləhətləşmələrdən Moldovanın imtina etməsidir.

Rusiya lideri bildirib ki, Moldovanın Avropa Birliyi ilə sazişi bu ölkənin Rusiya ilə iqtisadi əlaqələrinə təsir edəcək.

O, deyib ki, Ukraynaın belə sazişinə görə Rusiya, Ukrayna və Avropa Birliyi arasında intensiv məsləhətləşmələr bu sazişin 2015-ci il dekabrın 31-nə kimi təxirə salınmasına gətirdi.

Moldova isə Rusiyanın çoxsaylı çağırışlarına cavab verməyib.

www.oxu.az