İrəvanın mərkəzində minlərlə insan küçəyə axışdı

Mitinqdə “Serj, get” şüarları səslənib…

Mitinqdə “Serj, get” şüarları səslənib.

İrəvanda müxalifəti dəstəkləyən minlərlə insan Azadlıq meydanında toplaşıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, az əvvəl başlayan mitinqdə “parlament üçlüyü” adlanan müxalifət partiyaları – “Çiçəklənən Ermənistan”, Erməni Milli Konqresi və “İrs” partiyalarının tərəfdarları ölkədəki iqtisadi vəziyyətə, Serj Sarkisyan rejiminin siyasi xəttinə və Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasına etiraz edirlər.

Çıxışçılar üçün quraşdırılmış səhnədən 2008-ci ildə sabiq prezident Levon Ter-Petrosyanın keçirdiyi mitinqdə səsləndirilmiş melodiyalar eşidilir. “Serj, get” şüarı səslənən mitinqdə “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanın Kotay vilayətindən gələn tərəfdarlarının üstünlük təşkil etdiyi bildirilir.

www.oxu.az