Türkiyə döyüş təyyarələrini Suriya üzərinə qaldırdı

F-16 döyüş təyyarəsi Suriya ilə dövlət sərhədi boyunca uçuşlar edib…

F-16 döyüş təyyarəsi Suriya ilə dövlət sərhədi boyunca uçuşlar edib.

Kobani şəhərində davam edən döyüşlərin Suriya-Türkiyə sərhədinə yaxınlaşması səbəbindən qardaş ölkənin Silahlı Qüvvələrinə məxsus döyüş təyyarələri səmaya qaldırılıb.
 
Oxu.Az 
AzərTAc-a istinadən xəbər verir ki,  Diyarbəkirdən havaya qalxan dörd ədəd F-16 döyüş təyyarəsi Suriya ilə dövlət sərhədi boyunca uçuşlar edib.
 
Başqa bir məlumatda isə bildirilir ki, oktyabrın 10-da Suriya ərazisindən Türkiyə sərhədçilərinə atəş açılıb.
 
Qarşı tərəf cavab atəşi ilə susdurulub.

www.oxu.az