Zakir Həsənov Rusiya Federasiyasının müdafiə naziri ilə görüşəcək…
Zakir Həsənov Rusiya Federasiyasının müdafiə naziri ilə görüşəcək.
Rusiya Federasiyasının müdafiə naziri Azərbaycana rəsmi səfərə gələcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, oktyabrın 13-də Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.
Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü və iki ölkənin Müdafiə Nazirliyi arasında 2015-ci il üçün Əməkdaşlıq Planının imzalanması planlaşdırılır.