Moskvanın əsas Qarabağ şərti

“Bu elə münaqişənin həll variantıdır”…

“Bu elə münaqişənin həll variantıdır”.

Rusiya parlamentinin üst qurumu olan Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Vladimir Cabarov Qarabağ probleminin həll edilməsi yolunda Azərbaycan qarşına qoyulmuş əsas şərtdən danışıb. 

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, o, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olmaq qərarını verəcəyi təqdirdə Dağlıq Qarabağ münaqişəsinin həll edilə biləcəyini deyib: 

“Bu elə münaqişənin həll variantıdır. Çünki hər iki ölkə eyni iqtisadi birlikdə olacaq”. 

Qeyd edək ki, Avrasiya İqtisadi Birliyi 2015-ci ilin yanvarın 1-də fəaliyyətə başlayır.

www.oxu.az