Rövnəq Abdullayev: Xərclərin azaldılması məsələsinə baxılacaq

“ARDNŞ 2015-ci il üçün bir barel üzrə 100 dollardan aşağı götürməyi nəzərdə tutub”…

“ARDNŞ 2015-ci il üçün bir barel üzrə 100 dollardan aşağı götürməyi nəzərdə tutub”.

Neftin qiyməti ucuzlaşmağa davam edərsə, Azərbaycan Dövlət Neft Şirkəti xərclərin azaldılması məsələsinə baxacaq.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib. 

R. Abdullayev bildirib ki, neftin qiyməti ucuzlaşmağa davam edərsə, şirkət kapital qoyuluşlarını azalda bilər: 

“Dövlət Neft Şirkəti öz büdcəsinin proqnozlaşdırılması zamanı neftin qiymətini 2015-ci il üçün bir barel üzrə 100 dollardan aşağı götürməyi nəzərdə tutub”.

www.oxu.az