“15 480 yaylı partlayıcı götürülüb”…
“15 480 yaylı partlayıcı götürülüb”.
Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları ölkənin cənubunda ermənilərin kompakt yaşadığı Samtsxe-Cavaxetiya bölgəsində yerin altında gizlədilmiş 100-dən çox tank mərmisi və 4000-dən çox mina detonatoru tapılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan DİN-i məlumat yayıb.
“Ümumilikdə, 128 tank mərmisi, 3 969 partlayıcı mina detonatoru və 15 480 yaylı partlayıcı götürülüb”, deyə məlumatda qeyd olunub.
Faktla bağlı Gürcüstan CM-nin 236-cı maddəsi üzrə (silah-sursatın qanunsuz saxlanılması və əldə olunması) cinayət işi başlanıb, istintaq aparılır.