Putin və Ərdoğan İŞİD-i müzakirə etdilər

Tərəflər Rusiya-Türkiyə əlaqələrinin genişlənməsinin vacibliyini qeyd ediblər…

Tərəflər Rusiya-Türkiyə əlaqələrinin genişlənməsinin vacibliyini qeyd ediblər.

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı “İŞİD” terrorçu qruplaşmasından gələn təhlükəni müzakirə ediblər.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilib. 

Bundan başqa, prezidentlər ikitərəfli əməkdaşlıq, o cümlədən, ilin sonunda Türkiyədə keçiriləcək yüksək səviyyəli əməkdaşlıq Şurasının 5-ci toplantısına hazırlıq məsələlərini müzakirə ediblər. Tərəflər Rusiya-Türkiyə iqtisadi-ticarət, həmçinin aqrar və yüksək texnologiyalar sahəsində  əlaqələrin genişlənməsinin vacibliyini qeyd ediblər.   

www.oxu.az