Müstəqillik günü ilə bağlı paytaxtda tədbirlər keçiriləcək

“Dəyirmi masa”lar və digər tədbirlər təşkil olunacaq…

“Dəyirmi masa”lar və digər tədbirlər təşkil olunacaq.

Bakı şəhəri rayonlarının mədəniyyət mərkəzlərində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 23-cü ildönümünə həsr edilən tədbirlər keçiriləcək. 

Oxu.Az-ın məlumatına görə, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təsdiq etdiyi tədbirlər planına əsasən, əlamətdar gün münasibətilə paytaxtın Nəsimi, Səbail, Yasamal, Sabunçu, Binəqədi, Qaradağ, Xətai, Nizami, Xəzər, Nərimanov rayonlarının mədəniyyət mərkəzlərində sərgilər, söhbətlər, “dəyirmi masa”lar və digər tədbirlər təşkil olunacaq.

www.oxu.az