Putindən qəfil göstəriş

Söhbət 17600 Rusiya hərbçisindən gedir…

Söhbət 17600 Rusiya hərbçisindən gedir.

Rusiya prezidenti Vladimir Putin gözlənilən qərar verib.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə sərhəddə yerləşən Rostov vilayətində hərbi təlimlərə cəlb olunmuş bütün hərbçilərin daimi dislokasiya yerlərinə qaytarılmasına dair göstəriş verib. Söhbət ümumilikdə 17600 Rusiya hərbçisindən gedir. 

Putin rusiyalı qoşunların Ukrayna sərhədindən geri çağrılmasına dair qərarı ölkənin müdafiə naziri Serqey Şoyqu ilə görüşündən sonra verib. 

Rusiya prezidentinin bu qərarı onun ukraynalı həmkarı Pyotr Poroşenko ilə gələn həftə İtaliyanın Milan şəhərində keçirilməsi planlaşdırılan görüşü ərəfəsinə təsadüf edib.

www.oxu.az