ATƏT-in Minsk Qrupunun həmsədrləri sabah Azərbaycana gələcək

Onların dövlət başçısı İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub…

Onların dövlət başçısı İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Pyer Andriu(Fransa) və Ceyms Uorlik (ABŞ) oktyabrın 14-də Azərbaycana gələcəklər.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, onların dövlət başçısıİlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.
 
Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan isə öz “Twitter” səhifəsində vasitəçilərin oktyabrın 17-də ölkəyə gələcəklərini yazıb.
 
Xatırladaq ki, səfərin əsas məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin bu ayın sonunda Fransada keçiriləcək görüşünə hazırlıqdır.
 
Həmsədrlər oktyabrın 18-nə qədər bölgədə olacaqlar. 

www.oxu.az