İlham Əliyev Rusiyanın müdafiə nazirini qəbul etdi

“Moskva və Bakı arasında əməkdaşlıq bütün istiqamətlər üzrə dinamik inkişaf edir”…

“Moskva və Bakı arasında əməkdaşlıq bütün istiqamətlər üzrə dinamik inkişaf edir”.

Rusiya və Azərbaycan arasında bütün səviyyələrədə işgüzar əlaqələr qurulub, bütün əməkdaşlıq istiqamətləri, o cümlədən hərbi əməkdaşlıq üzrə yaxşı dinamikamız var.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşdə bildirib, Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir.

“Bütün əməkdaşlıq istiqamətləri, o cümlədən hərbi sahədə dinamikamız yaxşıdır”, – deyə, prezident bildirib.

Qarşıdakı danışıqlardan bəhs edən Şoyqu “bizim üçün Xəzərlə bağlı olan hər bir şeyin vacib olduğunu” qeyd edib.

Onun sözlərinə görə, iki ölkənin hərbi-texniki əməkdaşlığı dinamik inkişaf edir, Azərbaycan müasir silah alır.

“Danışıqlarımızın gündəliyi onların münasibətlərimizə yeni dinamika verəcəyinə ümid doğurur”, – deyə, rusiyalı nazir bildirib.

www.oxu.az