Vergilər Nazirliyi büdcəyə 5,3 milyard manat vəsait köçürüb

Rəsmi məlumat açıqlandı…

Rəsmi məlumat açıqlandı.

2014-cü ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyinin xətti ilə büdcəyə 5 milyard 346 milyon 762,8 min manat vəsait daxil olmuşdur.

Oxu.Az xəbər verir ki, nazirliyinin analitik-informasiya şəbəsindən verilən məlumata görə, bu məbləğin 32,4 faizi mənfəət vergisinin, 28 faizi əlavə dəyər vergisinin, 13,2 faizi fiziki şəxslərin gəlir vergisinin, 10,9 faizi aksizlərin, 15,5 faizi isə digər vergilərin payına düşür.

“Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 3 milyard 130 milyon 10,5 min manat vəsait daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faiz çoxdur.

Hesabat dövründə respublika üzrə 61181 vergi ödəyicisi qeydiyyata alınmış, 1 oktyabr 2014-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 591178-ə çatmışdır.

2014-cü ilin yanvar-sentyabr ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,6% faiz təşkil etmişdir”, – deyilir məlumatda.

www.oxu.az